Dərc edilib: 03-04-2026

https://www.nuh.az/44344-.html

İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..

03.04.2026 00:02:51

LIVE

ABŞ-İsrail qüvvələrinin havadan zərbəsi nəticəsində İranın paytaxtı Tehran yaxınlığındakı Kərəc rayonunun Əzimiyyə bölgəsində B1 körpüsü partlayıb, bir neçə nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Bundan sonra Kərəcin bəzi hissələrində elektrik enerjisi kəsilib.

Qeyd edək ki, Tehran-Kərəc sürət yolunun üstündə yerləşən sözügedən körpü Yaxın Şərqin ən hündür körpüsü sayılır.

***

ABŞ və İsrail hərbi qüvvələri Kərəc körpüsünə xilasedicilərin ərazidə iş apardığı zaman növbəti zərbə endirib.

***

İranın Kərəc B1 körpüsünə hücumu zamanı 8 nəfər ölüb, 95 nəfər isə yaralanıb.

Bu barədə "Fars" agentliyi məlumat yayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib