Dərc edilib: 05-04-2026

https://www.nuh.az/44362-.html

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

05.04.2026 22:08:23

LIVE

Gəncədə 19 yaşlı tələbə qız dəm qazından zəhərlənərək ölüb.

“Qafqazinfo” xəbər verir ki, 2007-ci il təvəllüdlü Ləman Əliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

İlkin tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, o, Gəncə Dövlət Universitetinin birinci kurs tələbəsi idi.

Hazırda faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib