Dərc edilib: 06-04-2026

https://www.nuh.az/44368-.html

Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib

06.04.2026 14:10:04

Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstana dövlət səfərinə gedib.

“Qafqazinfo” xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.

***

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.

Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülübü.

Dövlət başçısı Memorialın önünə əklil qoyub.

Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər.

Dövlət başçısı abidənin önünə əklil qoyub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib