Dərc edilib: 07-04-2026

https://www.nuh.az/44384-.html

Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Trampdan xəbərdarlıq

07.04.2026 21:08:43

LIVE

ABŞ Prezidenti Donald Tramp İrana növbəti dəfə xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” sosial şəbəkə hesabında yazıb. 

“Bu gecə bütöv bir sivilizasiya məhv olacaq və bundan sonra bir daha heç vaxt bərpa olmayacaq. Bunun baş verməsini istəmirəm, lakin çox güman ki, bu olacaq”, - Tramp bildirib.

Eyni zamanda, ABŞ prezidenti İranda rejim dəyişikliyinə nail olduğunu növbəti dəfə iddia edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib