Dərc edilib: 08-04-2026

https://www.nuh.az/44390-.html

Litvanın Baş naziri Azərbaycana gəlir

08.04.2026 11:11:48

Region

Litvanın Baş naziri İnqa Ruginene aprelin 9-da Azərbaycana səfər edəcək.
Bu barədə Qaynarinfo-ya Litvanın Bakıdakı səfirliyindən məlumat verilib.
Diplomatik missiyadan bildirilib ki, səfər çərçivəsində Litvanın Baş naziri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və əsas sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün Azərbaycan rəhbərliyi ilə yüksək səviyyəli görüşlər keçirəcək.
Baş nazirin səfər proqramına, həmçinin Şəhidlər xiyabanında əklil qoyma mərasimi, Xəzər Universitetində fotosərginin açılışı, Azərbaycan Milli Konservatoriyasının tələbə xorunun və Bülbül adına Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə konsert daxildir.
Bundan əlavə, hökumət başçısı Azərbaycandakı Litva icmasının nümayəndələri ilə görüşəcək.
"Bu səfər Litva ilə Azərbaycan arasında tərəfdaşlığın inkişafında, eləcə də insanlararası əlaqələrin möhkəmləndirilməsində mühüm addımdır", - diplomatik missiyadan bildirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib