Tərtərdə ŞOK İDDİA: Bibərlərə şprislə su vurulub -süni çəki- ilə satılır
Tərtər rayonunda bəzi satış nöqtələrində istehlakçıları narahat edən iddialar yayılıb.
NOCOMMENT.az xəbər verir ki, belə ki, alıcıların sözlərinə görə, satışa çıxarılan bibərlərin içinə şpris vasitəsilə su vurularaq onların çəkisi süni şəkildə artırılır.
Sakinlər bildirir ki, bu üsulla məhsulun çəkisi ağırlaşdırılır və nəticədə alıcılar daha çox ödəniş etməli olur. İddialara əsasən, bəzi hallarda bibərlərin içərisində artıq su olduğu kəsildikdə və ya bişirildikdə aydın hiss olunur.
Mütəxəssislər qeyd edir ki, bu cür halların baş verməsi həm istehlakçı hüquqlarının pozulması, həm də qida təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur. Qida məhsullarına kənar müdaxilə edilməsi onların keyfiyyətinə və saxlanma müddətinə də mənfi təsir göstərə bilər.
Məsələ ilə bağlı aidiyyəti qurumların, xüsusilə Qida Təhlükəsizliyi Agentliyinin araşdırma aparması və nəzarət tədbirlərini gücləndirməsi vacib hesab olunur.
İstehlakçılara isə tövsiyə olunur ki, məhsul alarkən diqqətli olsunlar, şübhəli hallarla qarşılaşdıqda müvafiq qurumlara müraciət etsinlər.