Dərc edilib: 12-04-2026

https://www.nuh.az/44442-.html

Orban uduzdu, müxalifət liderini təbrik etdi

12.04.2026 23:56:44

Mədəniyyət

Macarıstanın Baş naziri Viktor Orban müxalif “Tisza” partiyasının lideri Peter Maqyarı seçkilərdə qələbə münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müxalifət lideri “X”də yazıb.

O bildirib ki, Orban telefonla zəng edərək partiyasını qələbə münasibətilə təbrik edib.

 

Qeyd edək ki, bu gün Macarıstanda parlament seçkiləri üçün səsvermə keçirilmişdi.

Analitiklər hesab edirlər ki, 16 ildir hakimiyyətdə olan Viktor Orban hökuməti yenisi ilə əvəzlənərsə, bu, Macarıstan üçün dönüş nöqtəsi hesab olunacaq.

Nəticələr ölkənin həm daxili siyasətinə, həm də Avropa İttifaqı ilə münasibətlərinə ciddi təsir edəcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib