Dərc edilib: 13-04-2026

https://www.nuh.az/44445-.html

Şahin Şıxlinski və oğluna hökm oxundu

13.04.2026 11:58:38

Kriminal

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski dövlət məmuruna qarşı zorakılıq tətbiq etdiyinə görə 9 il, oğlu Mutvalı Şıxlinski isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

NUH.az   APA-ya istinadən xəbər verir ki, bu barədə Yekaterinburqun Kirovski Rayon Məhkəməsi qərar çıxarıb.
Xatırladaq ki, ötən ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları ölüblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyulun 1-də "Baku Plaza”nın yaxınlığında Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməliyyatçıları üzərində heç bir tanınma nişanı olmayan geyim və avtomobillərlə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskiyə, oğlunun idarə etdiyi avtomobilə hücum ediblər. Bu zaman Mutvalı Şıxlinski özünü itirərək idarə etdiyi avtomobillə FSB əməkdaşını vurub. O, özü məhkəmədə baş baş verənlərdən peşman olduğunu, hadisəni qəsdən törətmədiyini bildirib. Saxlanıldığı gün Şahin və Mutvalı Şıxlinskilər sərbəst buraxılıb. Bir müddət sonra onlar barəsində hakimiyyət nümayəndəsinə zor tətbiq etmək maddəsi ilə cinayət işi açılıb. Əvvəlcə, Mutvalı, daha sonra isə sifarişli qətl, sifarişli qətlə cəhd maddələri ilə ittiham olunan Şahin Şıxlinski saxlanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib