Dərc edilib: 13-04-2026

https://www.nuh.az/44448-.html

Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi

13.04.2026 14:18:18

LIVE

Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus Katın qətliamı qurbanlarının xatirəsini yad edib.

Teleqraf xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında paylaşım edib.

"Bu gün biz Katın qətliamı qurbanlarını – bizə Rusiya imperializminin əsl simasını, həmçinin Sovet rejiminin Litva, Latviya, Estoniya, Azərbaycan, Ukrayna, Moldova və Macarıstan kimi bir çox digər xalqlara qarşı törətdiyi cinayətləri xatırladan hadisəni anırıq. Avropa həmrəylik içində olanda və tarixə dürüstlüklə nəzər yetirəndə daha güclü olur",- o vurğulayıb.

Qeyd edək ki, Katın qətliamı - 1940-cı ilin yazında SSRİ Xalq Daxili İşlər Komissarlığının (NKVD) xüsusi əmri ilə həyata keçirilmiş kütləvi edam hadisəsidir. Bu cinayət nəticəsində əsir götürülmüş təxminən 22 000 Polşa vətəndaşı, o cümlədən ordu zabitləri, polis əməkdaşları və ziyalılar Smolensk yaxınlığındakı Katın meşəsində və digər düşərgələrdə güllələnib.

Uzun illər boyu SSRİ bu qətliamı nasist Almaniyasının üzərinə yıxmağa çalışsa da, 1990-cı ildə hadisənin birbaşa Sovet rəhbərliyinin göstərişi ilə törədildiyi rəsmən etiraf edilib. 

Image

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib