Rus dilində olan kənd adlarını dəyişdirəcəklər
Qırğızıstan hakimiyyəti 2027-ci ilin sonunadək ölkədə rus dilində qalan kənd adlarını dəyişdirməyi planlaşdırır.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Sadır Japarov Oş vilayətinin Alay rayonunun əhalisi ilə görüşü zamanı bildirib.
Qırğızıstan prezidenti həmçinin yaşayış məntəqələrinə ölkənin tanınmış tarixi şəxsiyyətlərinin adlarının verilməsinin əleyhinə olduğunu qeyd edib.
Qeyd edək ki, Sadır Japarovun 2021-ci ildə prezident seçilməsindən sonra ölkədə 15-dən çox yaşayış məntəqəsinin rus dilində olan adları rəsmi olaraq dəyişdirilib.