Dərc edilib: 14-04-2026

https://www.nuh.az/44462-.html

Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...

14.04.2026 17:30:09

Mədəniyyət

Azərbaycan ictimai-siyasi həyatında özünəməxsus yeri olan, xeyirxahlığı, insanlara olan sevgisi və sosial məsələlərə həssas yanaşması ilə yadda qalan mərhum millət vəkili Qənirə Paşayevanın əziz xatirəsi yeni və mənalı bir təşəbbüslə yad edilir. Onun adını və ideallarını yaşatmaq məqsədilə qadınlar üçün reabilitasiya mərkəzinin açılması qərara alınıb.

Musavat.com bildirir ki, bu barədə mərhum deputatın əmisi qızı Təranə Paşayeva məlumat verib.

“Bu günlər mənim üçün xüsusi önəmlidir. Qadınlar üçün reabilitasiya mərkəzi açırıq — bu, dəstək, güc və yeni ümid məkanıdır. Bu mərkəzi Milli Məclisin deputatı olmuş bacım Qənirə Paşayevanın əziz xatirəsinə həsr edirəm. Onun xeyirxahlığı, insanlara sevgisi və kömək etmək istəyi hər zaman mənim üçün nümunə olub. Qoy bu məkan hər bir qadının dayaq tapdığı, yenidən güc qazandığı, özünə inandığı və həyatında yeni səhifə açdığı bir yer olsun”, – deyə Təranə Paşayeva qeyd edib.


NUH informasiya agentliyi səhifəsindən çap edilib