Dərc edilib: 14-04-2026

https://www.nuh.az/44463-.html

Kəmaləddin Heydərova iki müavin təyin edildi

14.04.2026 19:10:24

LIVE

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.
APA xəbər verir ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.
Qeyd edək ki, Cəbrayıl Eldar oğlu Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.
Yusif Mahmud oğlu Nəbiyev 18.09.1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.
Onu da qeyd edək ki, Qaynarinfo bu təyinatlarla bağlı bu ilin fevral ayının 16-da məlumat yaymışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib