Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü
Uşaqlar üçün nəzərdə tutulmuş “Humana” qidasının içindən həşərat çıxdığı iddia olunur.
“Qafqazinfo” xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Vətəndaş sözügedən qidanı “Kanon” aptekdən aldığını iddia edib.
O bildirib ki, həşəratların evdə olduğunu düşünərək həmin qidadan yenisini alıb. Lakin yenə eyni mənzərə ilə üzləşib.
Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırma aparılacaq.