Dərc edilib: 15-04-2026

https://www.nuh.az/44476-.html

Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb

15.04.2026 21:17:37

Cəmiyyət

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının baş katibi Azər Allahverənov Azərbaycanda səfərdə olan Türk Strateji Düşünmə Mərkəzinin (TÜMER) nümayəndə heyəti ilə görüşüb.
Görüşü giriş sözü ilə açan millət vəkili Azər Allahverənov təmsil etdiyi Platforma haqqında məlumat verib və bildirib ki, müasir şəraitdə Türk dövlətlərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi, ortaq mövzularda əməkdaşlığın dərinləşdirilməsi Türk dünyasının həmrəyliyinin möhkəmlənməsinə xidmət edir. Bu məqsədlə Katiblik tərəfindən həyata keçirilən fəaliyyətlər, təşkil olunan beynəlxalq tədbirlər və müxtəlif təşəbbüslər QHT-lər arasında əməkdaşlığın gücləndirilməsinə və ortaq fəaliyyət platformasının formalaşdırılmasına mühüm töhfə verir.
Türkiyədən gələn qonaqları təqdim edən "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu bildirib ki, "Türk Strateji Düşünmə Mərkəzi" (TÜMER) ilə bundan sonra sıx əməkdaşlıq edəcəklər, birgə layihələrin həyata keçirilməsi, informasiya mübadiləsinin genişləndirilməsi və Türk dünyasının ortaq dəyərlərinin təbliği istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.
TÜMER-in xarici əlaqələr üzrə əlaqələndiricisi Oktay Hacımusalı çıxış edərək rəhbərlik etdiyi istiqamət üzrə görülən işlər haqqında məlumat verib, qurumun beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb və Azərbaycan təşkilatları ilə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Azərbaycanda olmaqdan məmnun qaldığını bildirən "Türk Strateji Düşünmə Mərkəzi"nin sədri Onur Beyhan vurğulayıb ki, səfər zamanı keçirilən görüşlər nəticəsində Türk dünyası ilə bağlı növbəti mərhələdə atılacaq çox vacib addımların, həyata keçiriləcək birgə fəaliyyətlərin əsası qoyulur. Bundan sonra da Azərbaycandan olan tərəfdaşlarla eyni istək və əzmkarlıqla çalışacaqlar.
Sonda görüş iştirakçıları xatirə şəkli çəkdiriblər. 
NUH.az  
Bir bir və ya daha çox şəxs və bunu deyən yazı "Azarbaycan Milli မနာ ri-Hokum Aebaa -Hokur Hökumat cyr- Qeyri-Ho aşkilatiarıF orumy GLOBAL PLA AzerbaijanNational Aaconeromental Azerbaijan National Non Non-Governmental Nan-Governmental nmental al Organizationsc arum" şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, xəbər otağı və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, xəbər otağı və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və bunu deyən yazı "Azerbaycan Azer Milli Qeyri- eyri-Hökumet kumet Taşkilatlanı TaşkilatlanForumu Forumu Azerbaijan National Non- Non-Governmental ernmental Organizations Forum 0 6G" şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər

NUH informasiya agentliyi səhifəsindən çap edilib