Dərc edilib: 16-04-2026

https://www.nuh.az/44480-.html

Azərbaycan Ermənistandan mal idxal etməyə BAŞLADI

16.04.2026 10:54:02

LIVE

Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.

Musavat.com bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1 milyon 537 min dollarlıq hissəsi mart ayının payına düşüb.

Ermənistana ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib