Dərc edilib: 17-04-2026

https://www.nuh.az/44501-.html

Bir qrup şair və yazıçıya Prezident təqaüdü verildi - EKSKLÜZİV

17.04.2026 20:40:46

LIVE

Azərbaycan Yazıçılar Birliyinin (AYB) bir qrup üzvünə Prezident təqaüdü verilib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu, birlikdə təmsil olunan 20 gənc şair və yazıçıya şamil edilib.

AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumatı saytımıza təsdiqləyib.

“Bəlli yaşda olan 20 nəfər gənc şair və yazıçıya Prezident təqaüdü təyin olunub. Bu say standart olaraq 20 nəfərdir”, - o vurğulayıb. 

Prezident təqaüdünə layiq görülənlərin kimliyinə gəlincə, mətbuat katibi deyib ki, AYB həmin siyahını açıqlamır.

Qeyd edək ki, təqaüd 1 illik təyin olunur. Məbləğ isə aylıq 200 manatdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib