Dərc edilib: 18-04-2026

https://www.nuh.az/44507-.html

Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər

18.04.2026 12:21:24

Siyasət

Beşinci Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə gündən-günə artan Pakistan-Azərbaycan tərəfdaşlığının daha da gücləndirilməsi ilə bağlı məhsuldar müzakirə apardıq. 

Qaynarinfo xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif "X"dəki hesabında yazıb.
"Bu gün (dünən - red) Antalyada keçirilən 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməkdən məmnun oldum.
Davamlı şəkildə artan Pakistan-Azərbaycan tərəfdaşlığının daha da gücləndirilməsi ilə bağlı məhsuldar müzakirə apardıq", - o qeyd edib.
Image

NUH informasiya agentliyi səhifəsindən çap edilib