Dərc edilib: 18-04-2026

https://www.nuh.az/44518-.html

Meloni Azərbaycana gələcək

18.04.2026 23:38:15

LIVE

İtaliyanın Baş naziri Corciya Meloninin yaxın həftələrdə Azərbaycana rəsmi səfəri planlaşdırılır.

“Qafqazinfo” “Euronews”a istinadla xəbər verir ki, səfərin əsas müzakirə mövzusu enerji sahəsində əməkdaşlığın genişləndirilməsi olacaq.

Qeyd olunub ki, xüsusilə Azərbaycan təbii qazının Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə İtaliyaya nəqlinin artırılması imkanları görüşün ən vacib hissəsini təşkil edəcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib