Dərc edilib: 19-04-2026

https://www.nuh.az/44520-.html

Almaniyada minlərlə QABAN məhv edildi

19.04.2026 00:17:16

LIVE

Çernobıl atom elektrik stansiyasında baş vermiş qəzadan onilliklər keçməsinə baxmayaraq Almaniya hələ də bu fəlakətin fəsadları ilə mübarizə aparır.

Musavat.com "Bild" nəşrinə istinadən xəbər verir ki, ölkənin bəzi bölgələrində torpaq hələ də yüksək dərəcəli radioaktiv sezium-137 elementi ilə çirklənmiş vəziyyətdə qalır.

Bu ekoloji problem vəhşi təbiətə də ciddi təsir göstərib. Məlumata görə, Almaniyada keçən il 3 mindən çox, 2022-ci ildə isə 7,5 min radiasiyaya məruz qalmış qaban aşkar edilərək məhv edilib.

Radioaktiv heyvanların ən çox qeydə alındığı bölgə isə Bavariya meşələridir.

Ekspertlər bildirirlər ki, qabanların bədənində radiasiya səviyyəsinin bu qədər yüksək qalmasının səbəbi onların torpağın altındakı radioaktiv elementləri özünə çəkən göbələklərlə qidalanmasıdır. Hazırda meşə təsərrüfatı və sanitariya qurumları radiasiya yayılmasının qarşısını almaq üçün nəzarəti gücləndiriblər.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib