Dərc edilib: 19-04-2026

https://www.nuh.az/44522-.html

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

19.04.2026 11:51:09

LIVE

Aralıq dənizi sahillərində növbəti yeraltı təkanlar qeydə alınıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi  (AFAD) xəbər verir ki, dənizdə 4.7 bal gücündə zəlzələ baş verib.

Məlumata görə, yerli vaxtla saat 10:04-də baş verən zəlzələnin ocağı yerin təxminən 8 kilometr dərinliyində yerləşib. AFAD-dan verilən ilkin açıqlamalarda hadisə nəticəsində hər hansı bir dağıntı və ya təlafatın qeydə alınmadığı bildirilib.

Mütəxəssislər və aidiyyatı qurumlar bölgədəki vəziyyəti yaxından izləyir. Hazırda ərazidə hər hansı bir mənfi fəsadın olmadığı vurğulanır.  Musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib