Dərc edilib: 20-04-2026

https://www.nuh.az/44533-.html

Bu ölkədə RUS DİLİNDƏ danışmaq qadağan edilir

20.04.2026 11:49:08

Region

“Latviyada şagirdlərə məktəb ərazisində, hətta dərs olmayan vaxtlarda belə dövlət dilindən başqa dillərdə danışmağı qadağan edən bir sıra qanunlar qəbul edilib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə açıqlamasında Riqa Dumasının deputatı Aleksey Roslikov bildirib.

Onun sözlərinə görə, latviyalı siyasətçilər rus dilini yalnız ictimai yerlərdən kənarda şəxsi ünsiyyət üçün nəzərdə tutulmuş dil kimi qəbul edirlər. Deputatın fikrincə, Latviya hakimiyyətinin gördüyü tədbirlər örtülü şəkildə rus dilindən istifadəni qadağan etmək məqsədi daşıyır. 

“Oxşar vəziyyət uşaq bağçaları üçün də nəzərdə tutulub”, - Roslikov əlavə edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib