Dərc edilib: 22-04-2026

https://www.nuh.az/44558-.html

Fidan Abbasova: Susmayacağam – mənə qarşı qurulan çirkin kampaniyanın arxasında kimlərin dayandığını açıqlayıram

22.04.2026 11:44:32

Müsahibə

Son günlər barəmdə yayılan məlumatlar təkcə yalan deyil bu, açıq şəkildə mənim şərəf və ləyaqətimə qarşı yönəlmiş iyrənc böhtan kampaniyasıdır. Bu iddiaları yayanlar ya həqiqəti bilərəkdən təhrif edir, ya da sifariş yerinə yetirirlər.

Qəti şəkildə bəyan edirəm: mən heç vaxt narkotik maddələrdən istifadə etməmişəm. Baş verənlərdən dərhal sonra öz təşəbbüsümlə tibbi analizlər vermişəm və nəticələr bunu açıq şəkildə sübut edir. Buna baxmayaraq, yalanlar dövriyyəyə buraxılır. Bu artıq təsadüf deyil bu, planlı hücumdur.

Bu çirkin kampaniyanın arxasında SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılov və onun oğlu Orxan İsmayılzadənin dayandığını hesab edirəm. Səbəb isə çox sadədir: mən onların susdurmaq istədiyi həqiqəti hüquqi yolla ortaya çıxarmışam.

Mən Orxan İsmayılzadə ilə illərlə faktiki nikah münasibətində yaşamışam və bu münasibətdən bir qız övladımız dünyaya gəlib. Amma o, öz övladını tanımaqdan, ona soyadını verməkdən və ən əsası ata məsuliyyətini daşımaqdan imtina edib. Bu, təkcə hüquqi yox, həm də mənəvi məsuliyyətdən qaçmaqdır.

Məhkəmə artıq öz sözünü deyib. Sabunçu Rayon Məhkəməsi mənim iddiamı təmin edib. Apellyasiya instansiyası da bu qərarı qüvvədə saxlayıb. Buna baxmayaraq, qarşı tərəf müxtəlif yollarla prosesi uzatmağa və məsuliyyətdən yayınmağa çalışır. İş hazırda yenidən baxılsa da, fakt dəyişmir həqiqət ortadadır.

Daha da biabırçı olan isə odur ki, Orxan İsmayılzadə məhkəmə qərarlarını açıq şəkildə saymır. 7 dəfə təyin olunmuş məhkəmə-bioloji ekspertizadan yayınmaq nə deməkdir? Əgər ortada gizlədiləcək heç nə yoxdursa, niyə bu qədər qaçış? Bundan əlavə, o, məhkəmənin təyin etdiyi alimenti də ödəməkdən boyun qaçırır. Bu davranışlar hər şeyi özü deyir.

Mənə qarşı aparılan bu kampaniya məni qorxutmayacaq. Əksinə, bu, mənim daha da qətiyyətli olmağıma səbəb olur. Mən susmayacağam. Mən həm öz haqqım, həm də övladımın haqqı üçün sonadək mübarizə aparacağam. Sonda onu da qeyd edim ki, məhkəmə prosesi Aprel ayının 28-i saat 11:30-da keçiriləcək. Haqq və ədaləti öz gözləri ilə görmək istəyən media nümayəndələrini Bakı Apellyasiya məhkəməsinə dəvət edirəm. 

İctimaiyyətə çağırış edirəm: yalanlara aldanmayın. Həqiqət gec-tez üzə çıxır və bu dəfə də çıxacaq.

XalqXeber.Az

NUH informasiya agentliyi səhifəsindən çap edilib