İndi məlum oldu ki, Levon Ter-Petrosyan qatı daşnakdır... - Nikol Paşinyan
Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib ki, Levon Ter-Petrosyan təmizqanlı daşnakdır.
Moderator.az xəbər verir ki, bu barədə "Aysor" nəşri məlumat yayıb.
"2018-ci il inqilabından əvvəl siyasi arenada liberallar və ya digər baxışlılar varmış kimi görünürdü. İndi nə oldu? Məlum oldu ki, məsələn, Levon Ter-Petrosyan təmiz, qatı daşnakdır. Qalanı teatr, oyunmuş", - deyə Baş nazir bildirib.
Paşinyan əlavə edib ki, "və Ter-Petrosyan ən uğursuz daşnakdır".
Baş nazir həmçinin bəyan edib ki, bu seçkilər Ermənistan xalqı üçün "keçmişin qalıqlarını siyasi arenadan çıxarmaq" üçün müstəsna bir fürsətdir.