Dərc edilib: 23-04-2026

https://www.nuh.az/44578-.html

Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edildi

23.04.2026 20:59:29

LIVE

Gürcüstanın sabiq müdafiə naziri Cuanşer Burçuladze 10 il müddətinə azadlıqdan məhrum edilib.

“Qafqazinfo” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, qərar Tbilisi şəhər məhkəməsinin hakimi İrakli Xuskivadze tərəfindən qəbul edilib.

Qeyd edək ki, Burçuladze 2025-ci il sentyabrın 11-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılması ilə ittiham olunur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib