Dərc edilib: 24-04-2026

https://www.nuh.az/44586-.html

Çexiyanın baş naziri Bakıya gəlir – Rəsmi səfərin tarixi açıqlandı

24.04.2026 19:52:30

Dünya

Çexiyanın baş naziri Andrey Babiş və onu müşayiət edəcək rəsmi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək.

Musavat.com-un məlumatına görə, bu barədə Çexiyanın Azərbaycandakı səfirliyi açıqlama yayıb.

Bildirilir ki, səfər 26–28 aprel 2026-cı il tarixlərini əhatə edəcək.

Gözlənilir ki, səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişafı, iqtisadi əməkdaşlıq, enerji və digər mühüm sahələr üzrə müzakirələr aparılacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib