Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
“Bu səfər zamanı Azərbaycan icmalarımızın ehtiyacları üçün humanitar yardım olaraq Ukraynaya beş sərnişin avtobusu təqdim edib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə hesabında paylaşım edib.
Uşaqlarımıza dəstək də eyni dərəcədə vacibdir. 500-dən çox ukraynalı uşaq Azərbaycan ərazisində bərpa proqramlarında iştirak edib - bu, müharibə dövründə xüsusilə dəyərli bir şeydir.
Biz bu həmrəyliyi dərindən qiymətləndiririk, çünki bu, Ukraynanın möhkəm dayanmasına və irəliləməsinə kömək edir”, - nazir bildirib.


