Pezeşkian əhaliyə - Çağırış etdi
İran Prezidenti Məsud Pezeşkian ölkədə enerji istehlakının azaldılması üçün əhaliyə çağırış edib.
“Qafqazinfo” xəbər verir ki, Pezeşkian bunu Tehran şəhərində İdman və Gənclər Nazirliyinə səfəri zamanı jurnalistlərə açıqlamasında səsləndirib.
“Cəbhə xəttində olan əziz xalqımızdan sadə xahişimiz var: elektrik istehlakını azaldın. Evdə on lampanı yandırmaq əvəzinə, ikisini yandırın. Bunun nə problemi var?”, – deyə o bildirib.
Onun sözlərinə görə, bu cəhdlər ölkə daxilində narazılıq yaratmağa yönəlib və əhali buna imkan verməməlidir.
Müraciət ABŞ-nin tətbiq etdiyi dəniz blokadasının İslam Respublikasının iqtisadi dəhlizlərinə və enerji sisteminə təzyiq göstərdiyi bir vaxtda gündəmə gəlib.