Dərc edilib: 26-04-2026

https://www.nuh.az/44605-.html

20 yaşlı soydaşımız Ukrayna uğrunda şəhid oldu -FOTO

26.04.2026 10:13:25

Region

Musavat.com xəbər verir ki, Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə daha bir azərbaycanlı gənc həyatını itirib.

Ukrayna vətəndaşı olan Əsgərov İsmayıl Aris oğlu 24 sentyabr 2005-ci ildə Xarkov şəhərində anadan olub. Sonralar ailəsi ilə birlikdə Poltava vilayətinə köçən soydaşımız könüllü şəkildə Ukrayna ordusunun sıralarına qoşularaq cəbhəyə yollanıb.

Məlumata görə, o, aprelin 18-də Donetsk vilayətinin Pokrovsk rayonuna bağlı Şevçenko qəsəbəsində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub. Cəmi 20 yaşında həyatını itirən gəncin ölümü Ukraynadakı azərbaycanlı icması və yaxınları arasında böyük kədər doğurub.

Bu barədə Ukrayna Azərbaycanlıları Radasının Poltava vilayət nümayəndəliyinin sədri Füzuli Qənbərov məlumat verib.

Qeyd olunur ki, Musavat.com-a açıqlama verən Yeni Müsavat Media Qrupunun Ukrayna üzrə təmsilçisi Anar Natiqoğlu da xəbəri təsdiqləyib. Onun sözlərinə görə, Ukraynanın müdafiəsi uğrunda döyüşlərdə indiyədək yüzdən çox azərbaycanlı könüllü həyatını itirib.

Allah rəhmət eləsin. 

IMG-20260426-WA0020.jpg (81 KB)

NUH informasiya agentliyi səhifəsindən çap edilib