Dərc edilib: 24-04-2026

https://www.nuh.az/44610-.html

Yeni Klinika - Azərbaycanda ƏSL MÖCÜZƏ

24.04.2026 21:14:00

LIVE

Doktor  İlkin  Əliyev, sizə çox  minnətdaram

 

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə  28 mart 2020-ci ildə  açılışı baş tutan  “Yeni Klinika” tibb müəssisəsində ilk dəfədir  olurdum.

Daha dəqiq desəm, 28 mart  2026-cı ildə səhər saat 10:00  radələrində infarkt  diaqnozu ilə Təcili Yardımla “Yeni Klinika”ya çatdırıldım. Sözün düzü, klinikada dost-tanış-filan yox idi. Azərbaycanda isə hətta  xırda  bir məsələnin dost-tanışsız, pul-parasız çətin həll  olduğu  hər kəsə bəllidir.

Amma klinikada çox  yüksək səviyyədə qarşılandıq. Digər xəstəxanalarda adi  hal olan heç bir “bazarlıq-filan”  olmadan uzman  kardiloloq  İlkin Əliyev  analizlərdən  sonra təcili əməliyyat qərarı verdi və əməliyyat  uğurla  başa çatdı.

Əməliyyatdan  sonra  gördüklərim məni  sözün həqiqi mənasında  heyrətə  gətirdi. Həkimlər də, tibb bacıları, xidmətçilər  də xəstələrin qayğısına necə  qalırlar.

Puldan, rüşvətdən isə  danışmağa  dəyməz. Nəinki həkimlər, hətta  tibb bacıları, xadimələr belə imtina edirlər.

Tibbi personalın üzündən sanki nur tökülür, hamısı  gülərüz, mehriban, səmimi, qayğıkeş...

Təsəvvür edirsiniz, xəstələr dəfələrlə həkimləri, tibb bacılarını, xidmətçiləri çağırır, nəsə xahiş edir və s. Bircə dəfə də olsun  tibbi personal  nəinki bir az kobud-filan cavab verə, üzünü  turşuda...YOOX. Əksinə xoş rəftar, mehriban, qayğıkeş  münasibət...

Düşünürdüm ki, ilahi, mən hara gəlib düşmüşəm, burası Azərbaycandır..?

Bax, beləcə  Azərbaycanda  ilk dəfə MÖCÜZƏ ilə üzləşdik. Yeni Klinikada  obrazlı  desək, xəstələrin əlinə, cibinə  deyil, üzünə baxırlar.

Uzman kardiloq  İlkin Əliyev isə yüksək peşəkarlığı, pasiyentlərə qarşı həssas, qayğıkeş münasibəti ilə xüsusi olaraq  seçilir.

Sonda Yeni Klinikanın kollektivinə, şəxsən doktor İlkin Əliyevə təşəkkürümü bildirirəm.

İlkin həkim,  mənə göstərdiyiniz diqqət və qayğıya görə sizə çox minnətdaram.Allah sizin kimi həkimləri qorusun.

 

NUH.az İnformasiya Agentliyinin Baş redaktoru Kamran Məhərrəmli  

NUH informasiya agentliyi səhifəsindən çap edilib