Dərc edilib: 27-04-2026

https://www.nuh.az/44618-.html

ŞOK - Erməni jurnalist Azərbaycana müraciət etdi: Rica edirəm qalan ERMƏNİ OĞ.AŞLARI BURAXMAYIN

27.04.2026 12:09:27

İdman

Tanınmış erməni bloger və jurnalist Natali Aleksanyan Azərbaycan dövlətinə müraciət edib.

Modern.az xəbər verir ki, Natali Aleksanyan rəsmi Bakıdan Qarabağda çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən və buna görə müxtəlif müddətə azadlıqdan məhrum edilən erməniləri heç bir halda həbsdən buraxmamağa çağırıb.

Natali Aleksanyan bunu Azərbaycanın 2026-cı ilin yanvarında həbsdən azad etdiyi cinayətkar Vaqif Xaçatryanın timsalında yazıb.

Jurnalist sosial şəbəkədiki paylaşımında Vaqif Xaçatryanın Ermənistanın eks-prezidenti – Xocalı qatili Robert Köçəryanın ayağına gedərək, onunla görüşməsindən bəhs edərək yazıb.

“Vaqif Xaçatryan - bu, Azərbaycanın ümumiyyətlə buraxmamalı olduğu bir şəxsdir, daha bir alçaq - bax budur.
Nikol Paşinyanın sayəsində o, Ermənistandadır, amma Robert Köçəryanın əlini sıxır! Mən Azərbaycan dövlətinə müraciət edirəm: xahiş edirəm, qalan oğ...şları buraxmayın, sizdən rica edirəm, onlar Ermənistan Respublikasının düşmənləridir!" 
– deyə Natali Aleksanyan vurğulayıb.



Xatırladaq ki, Azərbaycan hökuməti bu ilin əvvəlində humanistlik göstərərək 4 erməni məhkumu Ermənistana təhvil verib. Bunlar Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Euljekjyan idi.

Vaqif Xaçatryan Birinci Qarabağ Müharibəsi zamanı Xocalı rayonunun Meşəli kəndində törədilən soyqırımında iştirak etməkdə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə mühakimə olunmuş, ona 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilmişdi. 

Meşəlidə törədilən həmin soyqırımı zamanı ümumilikdə 27 nəfər azərbaycanlı qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
 
Hazırda Azərbaycan həbsxanalarında bir sıra erməni cinayətkarlar müxtəlif müddətə çəza çəkir. Bunlar Azərbaycana qarşı hərbi təcavüz nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər törətmiş Ruben Vardanyan, Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan, Madat Babayan, Melikset Paşayan, Qarik Martirosyan, Davit Allahverdiyan, Vasili Beqlaryan, Qurgen Stepanyan, Levon Balayan və Erik Qazaryandır.

5 fevral 2026-cı ildə Bakı Hərbi Məhkəməsi onlara müxtəlif hökmlər oxuyub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib