Dərc edilib: 28-04-2026

https://www.nuh.az/44623-.html

Mikayıl İsmayılovun oğlu məhkəmənin təyin etdiyi ekspertizadan NİYƏ QAÇIR..?

28.04.2026 00:06:02

Hadisə

Bu gün  Bakı Apellyasiya Məhkəməsi  Orxan İsmayılzadənin əməlinə  hüquqi qiymət verməlidir…

 

NUH-az-a daxil olan  RƏSMİ BİLDİRİŞ-dən məlum olur ki, bu gün, yəni    28.04.2026-cı il tarixdə, saat 11:30-da Bakı Apellyasiya Məhkəməsində İDDİAÇI Abbasova Fidan Loğman qızının CAVABDEH İsmayılzadə Orxan Mikayıl oğluna qarşı “atalığın müəyyən edilməsinə dair” məhkəmə prosesi  davam edəcəkdir ?

Nə üçün davam edəcəkdir..?

Məlumdur ki. “atalığın müəyyən edilməsi”nin müasir   tibb  elmində  yeganə yolu DNK ekspertizası-analizidir.

Və iddiaçı  Fidan  Abbasovanın  tələbi əsasında  5 dəfə məhkəmə  tibbi-ekspertiza  barədə  qərar qəbul etsə də, 8 dəfə ekspertiza prosesi  təyin edilsə də qarşı tərəf, yəni cavabdeh  Orxan Mikayıl oğlu İsmayılzadə ekspertiza prosesində iştirak etməyib. Bu açıq-aşkar Azərbaycan dövlətinin adından qəbul edilən məhkəmə qərarlarına hörmətsizlikdir.

Ümid edirik ki, nəhayət  bu gün Bakı Apellyasiya Məhkəməsi, hörmətli İkram Şirinovun sədrliyi ilə  illər boyu uzanan  bu məhkəmə  çəkişməsinə son qoyacaqdır.

P.S. Məlumat üçün onu da qeyd edək ki, Orxan İsmayılzadə SOCAR-ın sabiq  vitse-prezidenti Mikayıl İsmayılovun oğludur.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib