Dərc edilib: 28-04-2026

https://www.nuh.az/44629-.html

Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ

28.04.2026 10:03:03

LIVE

Türkiyədə bu mövsüm gənə sancmasından ilk ölüm hadisəsi qeydə alınıb. Hadisə Sivas əyalətində baş verib.
7News.Az DHA-ya istinadən xəbər verir ki, heyvandarlıqla məşğul olan 21 yaşlı kişi əvvəlcə yüksək hərarətlə tibbi yardıma müraciət edib. Sonradan vəziyyəti pisləşib.
Xəstənin Sivasdakı xəstəxanaya köçürüldüyü və ona Krım-Konqo hemorragik qızdırması diaqnozu qoyulduğu bildirilir.
Reanimasiya şöbəsində müalicə almasına baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib