Dərc edilib: 28-04-2026

https://www.nuh.az/44636-.html

Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp

28.04.2026 19:09:10

Dünya

ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, o, həmişə Bukinqem sarayında yaşamaq arzusunda olub və Böyük Britaniya kralı III Çarlzla bu imkanları müzakirə etməyə hazırdır.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Amerika lideri bu barədə özünün “Truth Social” səhifəsində məlumat verib.

“Mən həmişə Bukinqem sarayında yaşamaq istəmişəm!!! Bir neçə dəqiqədən sonra kral və kraliça ilə bunu müzakirə edəcəyik”, - Ağ Evin sakini bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib