Dərc edilib: 28-04-2026

https://www.nuh.az/44637-.html

Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...

28.04.2026 20:00:01

Hadisə

Əvvəlcədən xəbər verdiyimiz kimi bu gün, yəni 28.04.2026-cı il tarixdə, saat 11:30-da Bakı Apellyasiya Məhkəməsində İkram Kərimovun sədrliyi ilə iddiaçı Abbasova Fidan Loğman qızının cavabdeh Orxan Mikayıl oğlu İsmayılzadəyə qarşı “atalığın müəyyən edilməsinə dair”  məhkəmə prosesi davam etdirilib.

Məhkəmə prosesinin gedişatı və məhkəmə qərarı ilə bağlı    iddiaçı  Fidan Abbasovanın  vəkilinin NUH.az-a dediklərini olduğu kimi dərc edirik:

“Məhkəmə prosesində cavabdeh Orxan İsmayılzadənin yeni vəkillə müqavilə bağladığı məlum oldu.Ancaq həmin vəkil məhkəməyə müraciət edərək başqa bir prosesdə iştirak etdiyini əsas gətirib və iclasın təxirə salınmasını istəyib. Lakin məhkəmə bu vəsatəti təmin etməyib. Hakim qeyd edib ki, vəkilin digər məhkəmə iclasına çağırılması ilə bağlı heç bir rəsmi sənəd təqdim olunmayıb və bu səbəbdən onun iştirak etməməsi əsaslı hesab edilə bilməz.

Vəkili  olduğum iddiaçı Fidan Abbasova isə  çıxışında cavabdehin bu addımını məhkəmə prosesini süni şəkildə uzatmaq və vaxt  udmaq  kimi qiymətləndirib. O bildirib ki, Orxan İsmayılzadənin artıq bir neçə vəkili var və yeni vəkilin prosesə qoşulması yalnız vaxt udmağa xidmət edir. Fidan Abbasova məhkəmədən iclasın təxirə salınmadan davam etdirilməsini və qərar  qəbul  edilməsini xahiş edib.

Məhkəmə tərəflərin mövqeyini dinlədikdən sonra cavabdehin vəsatətini rədd edərək iclasın davam etdirilməsi barədə qərar qəbul edib. Hakim həmçinin vurğulayıb ki, cavabdeh tərəfin prosesdə iştirakı üçün bütün zəruri şərait yaradılıb, o cümlədən onlayn qoşulmaq imkanı təmin olunub. Bildirilib ki, cavabdehin vəkilləri ilə əlaqə saxlanılması üçün də tədbirlər görülüb, mobil telefonlarına zənglər edilsə də cavab verilməyib, sonradan onlara SMS bildirişlər göndərilib və bu barədə akt tərtib olunub”.

Fidan Abbasovanın  vəkili  NUH.az-a onu da bildirib ki, məhkəmədə iddiaçı tərəfin vəkili olaraq cavabdehin məhkəmə iclaslarını qərəzli şəkildə uzatdığını bildirərək onun cərimələnməsi ilə bağlı vəsatət qaldırıb. Hakim isə bu məsələyə yekun qərar verilərkən baxılacağını bildirib.

 

Qısa məlumat üçün qeyd edək ki, Orxan İsmayılzadə  SOCAR-ın sabiq  vitse-prezidenti  Mikayıl İsmayılovun oğludur. Və  Orxan İsmayılzadə  Fidan Abbasova ilə 2012-ci ildən faktiki nikah münasibətlərində olublar və bu münasibətlərdən 2015-ci ildə Nil adlı qız övladı dünyaya gəlib. Lakin Orxan İsmayılzadə uşağın atası kimi tanınmaqdan və onun saxlanılmasında iştirak etməkdən imtina edib. Və illərdir ki, bu məsələ Orxan İsmayılzadənin DNT analizindən, genetik testdən qaçması səbəbi ilə uzanır. Daha dəqiq desək, 5 dəfə məhkəmə qərarı, 8 dəfə ekspertiza olsa da Orxan İsmayılzadə prosesdən yayınıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib