Dərc edilib: 28-04-2026

https://www.nuh.az/44639-.html

YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

28.04.2026 21:34:46

Mədəniyyət

Təhsildə Keyfiyyət Təminatı Agentliyində Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin (YTB) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyəti sədrinin müavini Kamran Rəsulov, YTB-nin koordinatoru Servet Turan və sözügendən qurumun mütəxəssisi Fazilə Zeynalzadə Karataş, həmçinin TKTA-nın struktur bölmə rəhbərləri iştirak ediblər.

Sədr müavini qonaqlara TKTA-nın fəaliyyət istiqamətləri və ölkəmizdə təhsilin keyfiyyətinin artırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, TKTA hər zaman beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsinə və qabaqcıl təcrübələrin öyrənilərək tətbiqinə xüsusi önəm verir.

YTB nümayəndə heyəti tərəfindən qurumun fəaliyyəti, xaricdə yaşayan türklər və qohum icmalarla iş üzrə həyata keçirilən layihələr barədə məlumat verilib. Bundan əlavə, Türk dünyasında ali təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilməsi planlaşdırılan və əsas məqsədi ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi olan “Ortaqlıq Sertifikat Proqramı – ORTAK” layihəsi barədə ətraflı məlumat verilib.

Görüş zamanı türk dövlətləri arasında keyfiyyətli ali təhsil və müştərək layihələrin həyata keçirilməsi imkanları, həmçinin ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonda tərəflər bu cür görüşlərin davamlı xarakter daşımasının və əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.

 

NUH.az  

 

YTB nümayəndə heyəti ilə görüş keçirilib

 

Bir bir və ya daha çox şəxs və bunu deyən yazı "TKTA Tahsilda Keyfiyyat Taminatı TahsildaKkeyfiyatTaminatAgetii Agentliyi tktaeduaz tkta.edu.az tktaeduaz tktaeduaz tktaeduaz TKTA info@tkta.edu.az 146-8" şəkili ola bilər

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib