Dərc edilib: 29-04-2026

https://www.nuh.az/44643-.html

Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi

29.04.2026 12:13:57

Günün sitatı

Respublika Perinatal Mərkəzindəki yanğında 7 körpənin ölməsi ilə bağlı məhkəmə istintaqı başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bugünkü prosesdə çıxışlar mərhələsinə başlanılıb.

Prokuror müttəhimlərin verilmiş ittihamlarla təqsirli bilinmələrini, Mehriban Abasquliyevanın 8, Elnur Əhmədli və Hamlet Mustafayevin 7 il azadlıqdan məhrum edilməsini, üçünün də məhkəmə zalında həbs edilməsini tələb edib.

Vəkillərə müdafiə çıxışlarına hazırlanmaları üçün vaxt verilib.

Xatırladaq ki, hadisə ötən ilin yanvarında baş verib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib