Dərc edilib: 29-04-2026

https://www.nuh.az/44648-.html

Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?

29.04.2026 18:57:28

İdman

"İki ay əvvəl evdə yıxıldım, qolum sındı".


NUH.az   xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Xalq artisti Flora Kərimova səhhətindən danışarkən deyib.

"Başım gicəlləndi, yerə yıxıldım, nəticədə qolum zədələndi. Uzun müddət əziyyət çəkdim, iki ay oturaq vəziyyətdə yatmalı oldum. İndi vəziyyətim yavaş-yavaş yaxşılaşır. Hər gün səhhətimdəki müsbət dəyişiklikləri hiss edirəm və bu məni ruhlandırır. Artıq əlimi tədricən daha sərbəst hərəkət etdirə bilirəm, əvvəlkindən daha yaxşıyam", - Xalq artisti əlavə edib.

Qeyd edək ki, Flora Kərimovanın 85 yaşı var.

NUH informasiya agentliyi səhifəsindən çap edilib