Dərc edilib: 29-04-2026

https://www.nuh.az/44652-.html

PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan

29.04.2026 23:07:48

Dünya

PKK terror təşkilatı ilə silahlı mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib.

Modern.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bildirib.

Onun fikrincə, ötən il başlayan PKK-nın tərksilah olunması prosesi Türkiyənin iqtisadi artımını sürətləndirməyə imkan verəcək.


 

Türkiyə hakimiyyəti terrorçuların silahsızlaşdırılmasından sonra, xüsusilə ölkənin cənub-şərq bölgələrində siyasi, sosial-iqtisadi və infrastruktur sahələrində addımlar atmağı planlaşdırır.

Ərdoğan vurğulayıb ki, mübarizənin hazırkı mərhələsi xüsusi ehtiyatlılıq tələb edir və siyasi partiyaların dəstəyi ilə ölkə bu mərhələni sarsıntısız keçə biləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib