Dərc edilib: 03-05-2026

https://www.nuh.az/44689-.html

Fil qətliam törətdi: Ölən və yaralı var

03.05.2026 15:33:19

LIVE

Hindistanda yük maşınında daşınan fil qəfil nəzarətdən çıxaraq faciəyə səbəb olub.

Hadisə zamanı fil onu daşıyan yük maşınının sürücüsünə hücum edərək onu öldürüb, baxıcını isə ağır yaralayıb.

Məlumata görə, nəzarətdən çıxan heyvan ətrafdakı bir neçə nəqliyyat vasitəsinə də ziyan vurub, yolda ciddi qarışıqlıq yaradıb.

Hadisə yerinə cəlb olunan xüsusi xidmət əməkdaşları fili yalnız təxminən 2 saatdan sonra nəzarət altına ala biliblər.

Yaralı baxıcının xəstəxanaya yerləşdirildiyi bildirilir. /Musavat.com/

NUH informasiya agentliyi səhifəsindən çap edilib