Dərc edilib: 03-05-2026

https://www.nuh.az/44694-.html

15 yaşlı oğlan əmisinə hücum edən canavarı öldürdü

03.05.2026 18:29:49

Günün sitatı

Zaqatalada 15 yaşlı yeniyetmə əmisinə hücum edən canavarı bıçaqla öldürüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün rayonun Axaxdərə kəndində baş verib.

Belə ki, kənd sakini 47 yaşlı Aydın Qurbanov həyətdə iş görən zaman ona canavar hücum edib.

Evdən səs-küyə çıxan 15 yaşlı Emin Qurbanov əlindəki bıçaqla canavarı öldürüb.

Hadisə zamanı xəsarət alan 47 yaşlı Aydın Qurbanov Zaqatala rayon Xəstəxanasına çatdırılıb. Müalicəsi davam etdirilir.

Foto:Lent.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib