Dərc edilib: 07-05-2026

https://www.nuh.az/44732-.html

Obama UNO-lardan danışdı: Yadplanetli ilə selfi çəkdirib...

07.05.2026 11:24:34

LIVE

ABŞ hakimiyyəti yadplanetlilərin mövcudluğu haqqında məlumatları gizlədə bilməzdi, çünki sirr saxlamağı bacarmırlar.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Barak Obama CBS-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, xüsusən, ABŞ-ın hakimiyyəti altında Yerdən kənar sivilizasiyalar həqiqətən də mövcud olsaydı, cəmiyyət bundan məlumatlı olardı.

Obama bildirib ki, informasiya sızması istənilən halda baş verəcəkdi:

“Sizi əmin edirəm, belə bir obyekti qoruyan hər hansı oğlan yadplanetli ilə selfi çəkdirib, öz sevgilisinə göndərərdi”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib