Dərc edilib: 07-05-2026

https://www.nuh.az/44746-.html

Komedixana bu obrazla rekord qırdı - Bığlı gözəl KİMDİR? - FOTO

07.05.2026 20:41:51

LIVE

Aktrisa Gülzar Əşrəfovanın yaratdığı son rol tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 "Komedixana"nın son buraxılışlarının birində Qacarlar sarayında "bığlı gözəl" kimi tanınan Anis Əl Dolehin obrazının canlandırılıb.

Qeyd olunan hissə sosial şəbəkələrdə böyük məşhurluq tapıb və izlənmə rekordu qırıb.

Məlumat üçün bildirək ki,19-cu əsrdə İran qadınlarının gözəllik standartı isə kök və bığlı qadınlar idi. Bəli, yanılmadınız, iranlı qadınlar gözəl görünmək üçün özlərinə qələmlə incə bığ çəkirdilər. Bığlı qadınlar kişiləri valeh edirdi.

Bığlı gözəllərin başında isə Anis Əl Doleh dayanırdı. Əfsanələrə görə, kişilər onun dərdindən ölürdü. Hətta saraya gətirilənə qədər ona 145 kişi aşiq olmuş, 13 kişi də onun dərdindən qəsd etmişdi./Oxu24.com
Məqaləyə dair fotomateriallar:

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib