Dərc edilib: 10-05-2026

https://www.nuh.az/44781-.html

İlham Əliyev Slovakiya Baş nazirinə təşəkkür etdi

10.05.2026 12:05:44

Siyasət

Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir. 


NUH.az    xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fikonun "X" sosial media hesabında etdiyi paylaşıma eyni platformada verdiyi cavabda qeyd edib.
"Əziz Robert, Azərbaycan haqqında doğru və dəyərli sözlərinizə görə təşəkkür edirəm. Tərəfdaşlığımızı yüksək qiymətləndirirəm, Slovakiyaya səfərim zamanı qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və tezliklə sizi Bakıda görməyi səbirsizliklə gözləyirəm", - İlham Əliyev bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib