Dərc edilib: 12-05-2026

https://www.nuh.az/44819-.html

Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO

12.05.2026 11:15:16

LIVE

Bakıda doğulan tanınmış reper David Nuriyev Rusiyadakı mason lojalarından birində ən yüksək rütbələrdən birinə layiq görülüb. "Ptaxa" və "Zanuda" ləqəbləri ilə məşhurlaşan sənətçiyə Moskvada fəaliyyət göstərən "Müqəddəs Qraal № 67" lojasının "Möhtərəm Ustad" titulu verilib. Reper yaxın bir il ərzində bu təşkilata rəhbərlik edəcək.


NUH.az   demokrat.az-a istinadən xəbər verir ki, bu barədə "edinstvo" məlumat yayıb.

Sosial şəbəkələrdə sənətçinin xüsusi mərasimdən fotoları paylaşılıb. Görüntülərdə reperin mason rəmzləri olan xüsusi lent və nişanlarla taxtda əyləşdiyi əks olunub.

David Nuriyev hələ 2020-ci ildə mason olduğunu açıq şəkildə elan etmişdi. O bildirmişdi ki, bu təşkilata üzv olmaq üçün Allaha inanmaq mütləq şərtdir.

Bu rütbə gizli cəmiyyət daxilində onun səlahiyyətlərini xeyli artırıb. Reperin sözlərinə görə bu fəaliyyət ona zərərli vərdişlərdən qurtulmağa və özünü inkişaf etdirməyə kömək edib.

Qeyd edək ki, əslən azərbaycanlı olan David Nuriyev 1981-ci ildə Bakıda dünyaya gəlib. O vaxtilə Rusiyanın məşhur "Tsentr" qrupunun tərkibində populyarlıq qazanıb. Reper həmçinin Rusiyanın rəsmi dairələri ilə də sıx əlaqədədir.

O ötən ilin payızında Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ilə birgə mahnı təqdim edib. Sənətçi hazırda ailəlidir və üç övladı var.

NUH informasiya agentliyi səhifəsindən çap edilib