Dərc edilib: 12-05-2026

https://www.nuh.az/44825-.html

GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir

12.05.2026 15:27:23

LIVE

"Yayılan məlumatların heç bir əsası yoxdur və həqiqəti əks etdirmir".
Bunu Qaynarinfo-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlunun rəhrbərlik etdiyi təşkilatın Yeni Azərbaycan Partiyasına (YAP) birləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. 
O bildirib ki, GAP özünü hakim partiyanın strateji müttəfiqi hesab edir:
"Rəhbərlik etdiyim Gələcək Azərbaycan Partiyasının sonuncu prezident seçkilərində rəsmi namizədi - qurultayımızın qərarı ilə Ali Baş Komandan İlham Əliyev olub. Partiyamız cənab Prezidentin apardığı siyasəti dəstəkləyir. Amma bu gün və dünən bəzi KİV-lərdə yayılan məlumatların heç bir əsası yoxdur. Belə bir niyyət, belə bir təşəbbüs mövcud deyil və bu, tamamilə ağ yalandır".
Ağasif Şakiroğlu partiyanın idarə olunması prosesinə Rəsul Quliyevin qarışmadığını da vurğulayıb:
"Rəsul müəllim, heç şübhəsiz, ağsaqqaldır, ruhən də demokrat insandır. Partiyanın idarə olunması və siyasi xəttinin müəyyənləşdirilməsi səlahiyyətləri nizamnaməyə uyğun olaraq qurultayın verdiyi qərarlar çərçivəsində mənə məxsusdur. Mən də tərəfimdən belə cəhdlərin olmasını qətiyyətlə inkar edirəm".
Xatırladaq ki, son günlər sosial şəbəkələrdə və bəzi media orqanlarında Gələcək Azərbaycan Partiyasının Yeni Azərbaycan Partiyasına birləşdirilməsi ilə bağlı məlumatlar yayılıb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib