Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
İtaliyanın Salerno şəhərində baş verən ailədaxili münaqişə ölkə gündəminə çevrilib.
Məlumata görə, ərinin başqa qadını da evə gətirmək istədiyini öyrənən qadın ona ağır xəsarət yetirib.
Hadisə Salerno yaxınlığındakı Angri qəsəbəsində qeydə alınıb. İddialara görə, 41 yaşlı banqladeşli kişi həyat yoldaşına daha böyük evə köçərək ilk həyat yoldaşını da birlikdə yaşamaq üçün gətirmək istədiyini bildirib. Bu məsələ cütlük arasında ciddi mübahisəyə səbəb olub.
İtaliya mediasının yazdığına görə, qadın ərinin yuxuda olduğu vaxt ona bıçaqla hücum edib və cinsi orqanını kəsib. Ağır yaralanan kişi xəstəxanaya çatdırılıb. Həkimlər onun ciddi zədə aldığını açıqlayıblar.
Hadisədən sonra qadın polis tərəfindən saxlanılıb və araşdırma başladılıb. Hüquq-mühafizə orqanları hadisənin bütün detalları ilə bağlı istintaq aparır. /Musavat.com/