SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
Rusiyada yolların tikintisində SSRİ dövründə istifadə olunan sement-beton texnologiyasına qayıdış planlaşdırılır.
Musavat.com xəbər verir ki, ölkənin ən böyük sement şirkəti 2026-cı ilin sonuna qədər sement-beton örtüklü yolların ilk 45 hissəsinin çəkilməsinə hazırlaşır. Bildirilir ki, bu texnologiya Rusiyada 1980-ci illərə qədər geniş tətbiq olunub.
Araşdırmalara əsasən, sement-beton örtüklü yolların tikintisi və istismarı büdcə xərclərini 29,69 faiz azalda bilər. Ekspertlər qeyd edirlər ki, belə yollar daha uzunömürlü olur və onların saxlanma xərcləri daha aşağı hesab edilir.
Rusiya Tikinti Nazirliyinin ötən il təsdiqlədiyi normativ sənəddə isə asfalt yolların bir kilometrinin tikintisinin sement-beton örtüklü magistrallardan 9-11 faiz daha baha olduğu göstərilib.