Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
Azərbaycanda ötən il xüsusilə ağır cinayətlərdə ittiham olunan 4 nəfər ev dustaqlığına buraxılıb.
NUH.az xəbər verir ki, Modern.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatlara görə, ötən il bu ittiham üzrə ümumilikdə 415 nəfərə qarşı həbs-qətimkan tədbiri seçilib.
Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.