Dərc edilib: 09-12-2015

https://www.nuh.az/6911-.html

Ermənilərin atdığı mərmi Qazax sakininin həyətinə düşdü...

09.12.2015 12:43:22

Hadisə

Ermənistan silahlı bölmələri Qazax rayonunun cəbhəboyu kəndlərini atəşə tutub.

 

Ermənilərin açdığı atəş nəticəsində rayonun Quşçu Ayrım kənd sakini 16 yaşlı Tural Sadıqov yaralanıb. Zərərçəkənin yaxınlarının "Report"a verdiyi məlumata görə, qarşı tərəfin atdığı mərmilərdən biri Sadıqovların həyətinə düşüb.

Bu zaman həyətdə olan T.Sadıqov əlindən yaralanıb. Yaralı Qazax rayon Müalicə Diaqnostika mərkəzinə çatdırılıb. Əməliyyat olunan T.Sadıqovun vəziyyətini həkimlər kafi qiymətləndirir.Qeyd edək ki, Ermənistan ordusu son günlər fəallaşaraq daha çox iri çaplı silahlardan yaşayış məntəqələrini atəşə tutur.

 

NUH.AZ

NUH informasiya agentliyi səhifəsindən çap edilib