Dərc edilib: 18-12-2015

https://www.nuh.az/6951-.html

Generalın bacısı oğlu həbs olundu - Beynəlxalq Bankda axtarış

18.12.2015 12:30:24

Hadisə

Rusiyanın hüquq-mühafizə orqanları Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı şöbəsində əməliyyat keçiriblər.

 

"Qafqazinfo” xəbər verir ki, xüsusi əməliyyat zamanı şöbənin rəhbəri Yaşar Səfərovhəbs olunub. O, çirkli pulların yuyulmasında ittiham olunur. Rəsmi məlumatlarda bildirilir ki, ofisdəki axtarışın səbəbi pulların xaricə qanunsuz çıxarılması ilə bağlıdır.

 

Məlumatlara görə, Səfərovun həbsi Beynəlxalq Bankın sabiq rəisi Cahangir Hacıyevin törətdiyi cinayətlərin tərkib hissəsidir. O, Hacıyevin ən etibarlı kadrı olub, uzun müddət bankın Xaçmaz filialının müdiri olub "özünü doğruldandan" sonra isə Sankt-Peterburqa göndərilib.


Qeyd edək ki, Yaşar Səfərov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur. Generalın bacısı oğlu həbs olundu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib